Rəngli maskalar dəri və təmas zamanı allergik reaksiyalara səbəb ola bilər
24.12.2020 19:37

Yeni növ koronavirus (COVID-19) infeksiyasından qorunmağın əsas qaydalarından biri maska taxmaqdır. Mövcud vəziyyətlə əlaqədar daha çox parça və tibbi maskalara üstünlük verilir. Lakin mütəxəssislər parça maska taxmağı məsləhət görmürlər, çünki ondan mütəmadi istifadə zamanı virus materialın üzərində qalır.

 

Aztibb.az xəbər verir ki, həkim-terapevt Mətanət Cəfərova bununla bağlı deyib: “Parçada məsamələrin ölçüsü böyük olduğuna görə virus və bakteriyalar çox asanlıqla keçə bilir. Parça maskaların qalın və nazikliyindən asılı olmayaraq hətta onu iki-üç qat edib taxanda da viruslardan qorumur. Buna görə də həmin maskalardan istifadə etməmək məsləhətdir. Parça maskaları bir neçə dəfə yuyaraq istifadə etmək də tamamilə yanlışdır”.

 

Rəngli maskalar isə dəri ilə təmas zamanı allergik reaksiyalara səbəb ola bilər. Ona görə də həkimlər tibbi maskadan istifadəni daha məqsədəuyğun hesab edirlər. Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Nazilə Hüseynova deyib: “Cərrahi tibbi maskalarda xüsusi dənəciklər var və həmin dənəciklər virusların nəfəs borusuna keçməsinə imkan vermirlər. Parça maskalarda isə elə dənəciklər yoxdur. Ona görə də dönə-dönə qeyd edirik ki, cərrahi tibbi maskalardan istifadə edilsin, çünki koronavirusdan qorunmaq üçün onların faizi daha üstündür”.

 

Sağlam insanların N95 maskasından istifadə etməsi də yanlışdır. Həmin maskaların ciddi fəsadlar yaratmaq ehtimalı var: “N95 maskalarının istifadəsi xüsusən xəstə ilə yaxın təmasda olanlar üçün optimal sayılır. Başqa halda gün ərzində N95 maskalarından istifadə etmək məsləhət deyil, çünki bu zaman nəfəs almaq çox çətindir və yarım saatdan sonra onun içərisində olan karbon-dioksidin miqdarı artmış olur və bu, ciddi problemlər yaradır”.

 

Tibbi maskaların istifadə müddəti 2-3 saatdır. Birdəfəlik maskalardan təkrarən istifadə edilməsi yolverilməzdir, nəmli olduğu halda da yenisi ilə əvəz edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər