Qonşu ölkələrdə COVID-19 ilə bağlı son vəziyyət
24.12.2020 14:59

Rusiyada son bir gündə 29 min 935 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir. 

 

“Worldometers”in məlumatına görə, ölkədə koronavirusda günlük ölüm sayında da rekord qeydə alınıb. Belə ki, son 24 saat ərzində 631 pasiyent həyatını itirib, bununla da vəfat edənlərin sayı 53 min 96 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 370 min 857 nəfər sağalıb.

 

Ölkə üzrə ümumilikdə 2 milyon 963 min 688 nəfər insan koronavirusa yoluxub.

 

Gürcüstanda son 24 saat ərzində daha 1 972 nəfərdə COVID-19 aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 216 min 843-ə çatıb.

 

Ölkədə sutka ərzində daha 43 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2276-ya çatıb. Ümumilikdə sağalanların sayı isə 194 min 705 nəfərdir.

 

Ermənistanda son sutka ərzində daha 702  nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 156 min 142 nəfərə çatıb. Daha 23 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 714-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 136 min 766 nəfərdir.

 

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər