Cənubi Koreya "Pfizer" və "Janssen" şirkətlərindən koronavirusa qarşı vaksinlər alacaq
24.12.2020 09:35

Cənubi Koreya "Pfizer" və "Janssen" şirkətləri ilə yeni növ koronavirusa (COVID-19) qarşı vaksinlərin tədarükü ilə bağlı müqavilələr imzalayıb.

 

Aztibb.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın baş naziri Çon Se Gün jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, "Pfizer" şirkətindən 10 milyon nəfərin vaksinasiyası üçün, "Janssen" şirkətindən isə 6 milyon nəfərin vaksinasiyası üçün vaksinlər alınacaq.

 

Qeyd edilir ki, Cənubi Koreya ümumilikdə koronavirusa qarşı vaksinlərin tədarükü ilə bağlı 4 xarici şirkətlə müqavilə imzalayıb. Bu müqavilələr əsasında ölkəyə gətiriləcək vaksinlər 44 milyon nəfərin vaksinasiya olunmasını təmin edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər