Reanimasiyada olan COVID-19 xəstəsini itirmək istəmiriksə... - Həkimdən həyəcan təbili
23.12.2020 15:37

Həkim reanimatoloq Şahin Məmmədov sosial şəbəkədə reanimasiyada olan koronavirus xəstələrinin müalicəsi ilə bağlı vacib məqamlara toxunub.

 

Həkim bildirib ki, əgər hər hansı bir COVID-19 xəstəsini itirmək istəmiriksə, onların müalicə olunduğu reanimasiya şöbələrində 3 ən vacib məsələyə diqqət yetirmək lazımdır.

 

Bunlara riayət edilmirsə, xəstə yalnız təsadüf nəticəsində xəstəxanadan sağ çıxa bilər.

 

  1. Bir həkim maksimum 5 xəstəyə baxa bilir. Lakin 5-dən artıq xəstəyə bir həkim nəzarət edərsə, keyfiyyətdən söhbət belə gedə bilməz. Hazırda bəzi tibb müəssisələrində 1 həkimə 10-dan çox xəstə düşür. Bu, müalicə sayılmır.
  2. Hər reanimasion xəstəyə reanimasiya işini yüksək səviyyədə bilən bir tibb bacısı lazımdır. Tibb bacısı həkimdən daha vacibdir. Xəstə ağırdısa, bir xəstəyə iki tibb bacısı baxmalıdır. Əgər 30 xəstəyə cəmi 3-4 tibb bacısı baxırsa, xəstənin oradan sağ-salamat çıxması böyük sual altındadır. Çünkü xəstəxanadaxili infeksiyanın yayılma ehtimalı böyükdür.
  3. Həkim COVID xəstəsi ilə maksimum 6 saat keyfiyyətli şəkildə işləyə bilər. Əslində, 4 saatdan artıq işləyəndə artıq həkimin immuniteti də düşür, beyin normal fəaliyyət göstərmir.

 

"Gün ərzində 4 növbənin təşkili məqsədəuyğundur. Həkimlərdən biri, adətən gündüz gələn həkim xəstəyə görə məsuliyyət daşıyan həkim olmalıdır. Xəstənin cavabdeh həkimi olmazsa, hər həkim gəlib sadəcə öz saatının bitməsini gözləyəcək", - deyə o, əlavə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub