Almaniya, Peru, Gürcüstan və Ermənistanda pandemiya ilə bağlı son vəziyyət
23.12.2020 09:30

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 962 nəfər vəfat edib.

 

Ölkədə indiyədək koronavirusdan ölənlərin ümumi sayı 27 968 nəfərə çatıb.

 

Son sutka ərzində 24 740 yeni yoluxma qeydə alınıb, bununla da indiyə qədər Almaniyada koronavirusa yoluxanların ümumi sayı 1 554 920 nəfərə çatıb.

 

Peruda koronavirus infeksiyasına 3 604 yeni yoluxma faktı qeydə alınıb.

 

Bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 1 000 153 nəfəri ötüb.

 

Ümumilikdə ölkə üzrə müalicə alan 936 182 pasiyent sağalıb, 37 218 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

 

Gürcüstanda ötən sutkada COVID-19-a 2 345 yeni yoluxma faktı təsdiqlənib, 3 560 nəfər sağalıb, 51 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 214 871 nəfər yoluxub ki, onların da 191 968-i sağalıb, 2 233-ü isə dünyasını dəyişib.

 

Karantin rejimində 455, stasionar nəzarətdə 6 358 nəfər var. 1 600 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

 

Ermənistanda isə son sutka ərzində yeni növ COVID-19 infeksiyasına 838 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

 

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 155 440 nəfərə çatıb.

 

Ermənistanda indiyədək bu xəstəlikdən ölənlərin sayı 2 691 nəfərdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər