Koronavirusla bağlı vəziyyət neçə il davam edəcək? - Mütəxəssis AÇIQLADI  
22.12.2020 14:44

“Koronavirusla bağlı vəziyyətin növbəti 5 ildə də davam etməsi proqnozlaşdırılır”.

 

Aztibb.az xəbər verir ki, bu barədə Rusiyanın Yoluxucu xəstəliklər mütəxəssisi Yevgeni Timakov koronavirusla bağlı vəziyyəti şərh edərkən deyib.

 

O, bütün virusların daima mutasiya etdiyini önə çəkərək, bu fonda koronavirusu da istisna etməyib. Mütəxəssis qeyd edib ki, koronavirusun mutasiya etməsi bir o qədər də təhlükəli deyil: “COVID-19 da mutasiya edir, onun genetik dəyişikliyə uğraması o qədər də əhəmiyyətli deyil”.

 

Y.Timakovun sözlərinə görə, koronavirus infeksiyasının mutasiya prosesi hər halda 5-7 il davam edəcək:

 

“Daha çox yoluxucu olacaq, lakin daha az fəsadlara səbəb olacaq. Hazırda biz bu prosesin Böyük Britaniyada baş verdiyini müşahidə edirik. Dəyişiklikdən sonra yeni virusun yoluxma faizi 70-dən daha çoxdur, lakin şiddəti, ağırlaşdırıcı əlamətlərinə dair heç bir dəlil yoxdur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər