Azərbaycanda mutasiyaya uğramış virus qeydə alınsa hansı addımlar atılacaq?
22.12.2020 14:40

"COVID-19-un mutasiyaya uğrayaraq yeni növünün yaranması təzə xəbərdir və hələ ki onun hansı problemlərə səbəb olacağı barədə dəqiq məlumat yoxdur, bunu zaman göstərəcək".

 

Bunu "Report"a açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.

 

Onun sözlərinə görə, mutasiyaya uğramış yeni növ virus Azərbaycanda da aşkar edilərsə, onun diaqnostikası COVID-19-dakı kimi aparılacaq: "Eyni metod tətbiq ediləcək. Sadəcə, ola bilər xəstəlik sürətli şəkildə yayılsın. Bu zaman düşünə bilərik ki, mutasiyaya uğramış virus Azərbaycanda var, ya yox. Ancaq bunun dəqiqləşməsi üçün xəstələrdən götürülmüş virusların molekulyar geni araşdırılmalıdır. Bu virus yeni deyil, eynidir, sadəcə, mutasiya baş verib. Yəni virusun genində dəyişiklik olub”.

 

A.Allahverdiyev indiyə qədər COVID-19-da 4 mindən çox mutasiya baş verdiyini deyib: “Amma bunların içində son baş verən mutasiya daha çox əhəmiyyət kəsb edir. Çünki mutasiya virusun yayılma sürətini artırıb. Amma bunu çox böyütmək də lazım deyil”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər