Barmaqdan qan analizi verməklə koronavirusa yoluxub-yoluxmamağı müəyyən etmək olmaz - İmmunoloq
22.12.2020 12:41

Son günlər barmaqdan qan analizi verməklə qısa müddət ərzində yeni növ koronavirusa (COVID-19) yoluxub-yoluxmamağın müəyyən edilməsi barədə informasiyalar dolaşır, hətta bu üsuldan istifadə edərək testdən keçənlər də var. Həmin testlərin nəticəsi 10 dəqiqə ərzində müəyyən edilir.

 

Aztibb.az-ın məlumatına görə, Azərbaycan Tibb Universitetinin dosenti, immunoloq Həyat Əliyeva bildirib ki, həmin testlər əhalidə COVID-19-un cavabı barədə çaşqınlıq yarada bilər: “Anticisimlər infeksiyaya yoluxandan 10 gün sonra yaranmağa başlayır. Lakin onu birinci gündən təyin etməyə cəhd göstərmək tamamilə yanlışdır. Məsələn, aparılan həmin testin nəticəsində alınan neqativ cavab arxayınlıq yaradır və əslində infeksiyaya yoluxmuş xəstə özünü sağlam hesab edir. Yaxud əksinə, sağalma prosesində anticisim aşkar edilə bilər və bu, yoxlanılan şəxsdə xəstə olması təsəvvürü yaradar”.

 

Ev şəraitində test olunmaqla koronavirusa yoluxub-yoluxmamağı müəyyən etmək riskli hesab olunur. Mütəxəssislər bir daha xəbərdarlıq edir ki, özündə COVID-19-un əlamətlərini hiss edənlər mütləq şəkildə gecikmədən tibb müəssisəsinə və həkimə müraciət etməlidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər