Koronavirusun yeni ştammının yayılma sürəti əvvəlkindən 70 faiz çoxdur - İnstitut direktoru  
22.12.2020 11:44

Son bir-iki ay ərzində koronavirusun mutasiyadan əvvəlki formadan daha sürətli yayıldığı müşahidə edilir.

 

Aztibb.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

 

Onun sözlərinə görə, virusun yeni ştammının yayılma sürəti əvvəlkindən 70 faiz çoxdur: “Əslində, COVID-19 ortaya çıxandan indiyədək onun 4000-ə yaxın mutasiyası baş verib. Amma bu mutasiyaların xüsusiyyətləri arasında ən əhəmiyyətlisi onun yayılma dərəcəsinin daha da artması ilə bağlıdır”.

 
 

A.Allahverdiyev qeyd edib ki, yeni növ viruslar orqanizmdəki endotel hüceyrələrə daha asan daxil olur və ona daha sıx bağlanır:

 

“İndi orqanizmə daha çox virus daxil ola bilir. Orqanizmə nə qədər çox virus daxil olarsa, onun yoluxma səviyyəsi də bir o qədər çox olur. Ola bilər ki, yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bunlara fərqli cavab verə bilər. Bunların heç biri indi bəlli deyil, amma zaman bunları göstərəcək. İndi qorunma tədbirlərinə ikiqat artıq riayət etmək lazımdır. Virus daha sürətlə yayıldığı üçün sosial məsafəyə də daha çox riayət etmək lazımdır. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox uzaq məsafədə durmaq lazımdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub