Koronavirusun qripdən dəfələrlə ölümcül olduğu müəyyən edilib
22.12.2020 09:57

SARS-CoV-2 koronavirusu mövsümi qripdən dəfələrlə ölümcül olduğu müəyyən edilib.

 

Aztibb.az ria.ru-ya istinadən xəbər verir ki, müxtəlif ölkələrdə aparılan müstəqil tədqiqatların nəticəsində bu qənaətə gəlinib.

 

Mütəxəssislər ABŞ Veteran İşləri Nazirliyinin bu il 1 Fevral - 17 İyun tarixləri arasında COVID-19 xəstəxanasına yerləşdirilən 3,6 mindən çox xəstə və 1 yanvar 2017 - 31 dekabr 2019-cu il tarixlərində 12,6 mindən çox qripdən müalicə alan amerikalı haqqında məlumatlarını təhlil etdilər.

 

Hər iki qrupdakı insanların orta yaşı həddi 69 olub.

 

Koronavirus xəstələri arasında ölüm nisbəti 18,5 %, qrip xəstələri arasında isə 5,3 % müəyyənləşib. COVID-19 xəstələrində ölüm ehtimalı qrip xəstələrindən təxminən beş dəfə çox olub.

 

Koronavirus infeksiyası olan xəstələr arasında ən yüksək ölüm riski 75 yaşdan yuxarı, həmçinin böyrək xəstəliyi, diabet və ya piylənmə xəstələrində müşahidə edilib. Bundan əlavə, qaradərililərin ölmə ehtimalı daha yüksək olub.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub