Dünyada koronavirus infeksiyasından ölənlərin sayı 1,7 milyonu ötüb
21.12.2020 18:26

Dünyada COVID-19 virus infeksiyası səbəbindən ölənlərin sayı 1,7 milyon nəfəri ötüb.

 

Aztibb.az "Worldometer" saytına istinadla xəbər verir ki, dekabrın 20-də dünya üzrə 7 min 979 nəfər COVID-19 xəstəsi həyatını itirib. Bununla da infeksiya səbəbindən ölənlərin ümumi sayı 1 milyon 701 min 627 nəfərə çatıb.

 

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirusa 77,2 milyondan çox yoluxma halı qeydə alınıb. Eyni zamanda, 54 milyon 170 min nəfər sağalıb, müalicəsi davam edən 21 milyon 380 min xəstədən 106 min 275 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Koronavirusa yoluxanların təxminən 23 faizi (18 milyon 267 min nəfər) bu göstəriciyə görə liderlik edən Birləşmiş Ştatların payına düşür. Sonrakı dörd yeri tutan Hindistanda 10 milyon 56 min, Braziliyada 7 milyon 238 min, Rusiyada 2 milyon 877 min, Fransada 2 milyon 473 min yoluxma qeydə alınıb.

 

Koronavirus səbəbindən ölüm hallarının təxminən 19 faizi ABŞ-da qeydə alınıb – 324 min 869 nəfər. Bu göstəriciyə görə ilk beşliyə daxil olan Braziliyada 186 min 773, Hindistanda 145 min 843, Meksikada 118 min 202, İtaliyada isə 68 min 799 nəfər həyatını itirib.

 

Ümumilikdə dünyada koronavirusa yoluxanların təxminən yarısı (46 faizi) üç ölkənin – ABŞ, Hindistan və Braziliyanın, ölənlərin 45 faizi isə dörd ölkənin - ABŞ, Braziliya, Hindistan və Meksikanın payına düşür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər