İnfeksiya geniş yayıldığına görə uşaqların da maska taxması məsləhət görülür
21.12.2020 15:59

Uşaqlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına az rast gəlinsə də, həmin xəstəliyə istənilən yaşda yoluxmaq mümkündür. Elə buna görə də, kiçikdən böyüyə hər kəs özünü qorumalıdır. Təəssüf ki, azyaşlılar maskadan düzgün istifadə edə bilmirlər.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib.

 

"2 yaşınadək uşaqlar maska taxarkən onlarda boğulma, oksigen çatışmazlığı kimi problem və narahatlıqlar üzə çıxa bilər. Bununla əlaqədar həmin yaşadək uşaqlar maskadan istifadə etməməlidirlər. Lakin valideynlər uşaqları tünlük yerlərə, insanların çoxluq təşkil etdiyi məkanlara aparmamalıdırlar”, - deyə o, vurğulayıb. 

 

Həkim-pediatr onu da bildirib ki, 6-11 yaş qrupunda olan uşaqlar insanların çox olduğu məkanlarda mütləq qoruyucu tibbi maska taxmalıdırlar. İnfeksiya geniş yayıldığından azyaşlı uşaqlar virusa yoluxmuş xəstə olan ev və məkanlardan təcrid edilməlidir.

 

12 yaşınadək uşaqların maska taxması valideynlərin ixtiyarına buraxılıb. Həmin yaşdan yuxarı olan uşaqların isə maska taxması məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər