Bir sıra ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
21.12.2020 10:43

Böyük Britaniyada gün ərzində aşkar edilən yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı 35,9 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

 

Bundan bir gün əvvəl krallıqda 27 mindən bir qədər çox infeksiyaya yoluxma halı qeydə alınmışdı. Əvvəlki antirekord – 35,3 min yoluxma – 17 dekabrda təyin olunmuşdu, lakin sonradan texniki səhv səbəbindən Uelsdə qeydə alınmamış infeksiyaya yoluxma halları da əlavə edildi.

 

Son 24 saat ərzində ölənlərin sayı 326 (şənbə günü 534 nəfərdən çox) olub. Ümumilikdə Britaniyada 67,4 min insan ölüb ki, bu da Avropada İtaliyadan sonra ikinci böyük rəqəmdir. Aşkarlanan infeksiya hallarının sayı 2,04 milyonu keçib, son yeddi gün ərzində ölkədə aşkarlanan yoluxmaların sayı əvvəlki yeddi günə nisbətən 51% artıb.

 

Banqladeşdə koronavirusa 1153 yoluxma və bu virus səbəbindən 38 ölüm faktı qeydə alınıb.

 

Ölkədə virusa yoluxanların ümumi sayı 500 mini ötüb, ölənlərin sayı isə 7280-ə çatıb.

 

İndiyədək Banqladeşdə 437 min nəfər xəstəlikdən sağalıb. Virusa yoluxanların 1,45 faizi ölüb, 87 faizi isə sağalıb.

 

Rusiyada son bir gündə daha 29 350 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 877 727 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 493 nəfər artaraq 51 351-i yüksəlib.

 

Ermənistanda daha 240 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da virusa yoluxanların sayı 154 065 olub.

 

Ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 656-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 654-ə yüksəlib. İndiyədək 133 176 pasiyent infeksiyadan sağalıb.

 

Gürcüstanda son sutka ərzində COVID-19-a 824 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

 

Beləliklə, qonşu ölkədə koronavirusa yoluxanların sayı 209 462, ölənlərin sayı isə 2 140 nəfərə çatıb.

 

Koronavirusa yoluxanlardan 184 668 nəfərin sağaldığı bildirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər