20-dək ölkə koronavirusun mutasiyasına görə Britaniya ilə nəqliyyat əlaqələrini dayandırıb
21.12.2020 09:11

Dünyanın 20-dək ölkəsi, eləcə də azı 14 Avropa İttifaqı üzvü olan ölkə koronavirus infeksiyasının yeni mutasiyasının aşkar edilməsindən sonra Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni mutasiya Birləşmiş Krallıqda dekabrın ortalarında müəyyən edilib. Ölkənin Səhiyyə Nazirliyi yeni növ koronavirus mutasiyasının (SARS-CoV-2) əvvəlki formadan daha tez yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Consonun sözlərinə görə, virusun bu ştammı orijinal versiyadan 70% daha çox yoluxucudur.

 

Britaniya ilə uçuşların dayandırıldığını ilk olaraq Niderland hakimiyyəti elan edib. Bu ölkəyə 1 yanvar tarixinədək Birləşmiş Krallıqdan təyyarə reysi həyata keçirilməyəcək.

 

Daha sonra Belçika Böyük Britaniya ilə sərhədi azı 24 saatlıq bağlayıb. Bununla əlaqədar olaraq Londonla Brüssel və Londonla Amsterdam arasında dəmir yolu əlaqələri də dayandırılıb.

 

İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya da Britaniya ilə aviauçuşları dayandırıb.

 

Fransa Britaniya ilə bütün nəqliyyat əlaqələrini 48 saatlıq müddətə dayandırıb. İsveç bu ölkədən gələnlərə qadağa tətbiq edib, Yunanıstan isə bu ölkədən gələnlər üçün yeddi günlük karantin tətbiq edir, Kipr iki həftəlik karantin tədbirlərinə başlayıb, İspaniya isə Birləşmiş Krallıqdan gələnlərə nəzarəti sərtləşdirib.

 

Aİ ölkələrindən əlavə, Türkiyə, İsveçrə, Kanada və Argentina rəsmiləri də Böyük Britaniya ilə uçuşları dayandırmağa dair qərar qəbul ediblər. Eyni zamanda, Səudiyyə Ərəbistanı bir həftə müddətinə ölkə sərhədlərini tamamilə bağlayıb və bütün beynəlxalq uçuşları dayandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər