İtaliyada koronavirusun mutasiyaya uğramış növünə yoluxma halı müəyyən edilib  
21.12.2020 09:31

Koronavirusun mutasiyaya uğramış yeni növü Böyük Britaniyadan sonra İtaliyada da aşkarlanıb.

 

Romada Çelio hərbi xəstəxanasındakı pasiyentlərdən birində koronavirusun daha yoluxucu növü müəyyən edilib. İtaliya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Böyük Britaniyadan geri dönən pasiyent ailəsi ilə birlikdə karantinə alınıb.

 

Bildirilir ki, koronavirusun mutasiya olunmuş yeni növü tibb elminə sentyabr ayından məlum olsa da, son həftə onun sürətlə yayılması müəyyən edilib. Hazırda Londonda dekabr ayında qeydə alınan yoluxma hallarının 60 faizinin koronavirusun mutasiya olunmuş yeni növünün payına düşdüyü bildirilir.

 

Koronavirusun mutasiyaya uğramış növünün Avropada sürətlə yayılmasının qarşısı almaq üçün artıq bir sıra Avropa ölkələri Böyük Britaniya ilə aviareyslərə qadağa qoyublar. Eyni zamanda, İtaliya hökuməti də Birləşmiş Krallıqla aviareyslərin dayandırılacağını elan edib.

 

Qeyd edilməlidir ki, indiyədək Böyük Britaniyanın hüdudlarından kənarda daha on bir hal üzrə yeni növə yoluxma müəyyən edilib. Onlardan doqquzu Danimarkada, biri Niderland Krallığında, biri isə Avstraliyada aşkarlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər