COVID-in yeni ştammı 70% daha təhlükəlidir - ÜST nə fikirləşir?
20.12.2020 14:57

Ümumdünya Səhiyyə Təşkilatı Britaniyada koronavirusun yeni, çox yoluxucu ştammının yayılması barədə məlumatlara şərh verib.

 

Təşkilat Londonda sıx əlaqədə olduqlarını, Böyük Britaniyanın rəsmi şəxslərinin yeni tip COVID-19 barədə məlumatları, eləcə də cari araşdırmaların nəticələrini onlarla bölüşdüklərini deyib.

 

"Biz virusun bu tipinin xarakteristikası və hər bir nəticəsi barədə məlumatlar aldıqca üzv dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq", - ÜST Twitter-də yazıb.

 

Bir qədər əvvəl Böyük Britaniyada yayılan yeni tip koronavirusun 70% daha yoluxucu olduğu bildirilmiş, əhaliyə daha tədbirli olmaq məsləhət görülmüşdü. Ancaq eyni zamanda qeyd olunub ki, ştammın yüksək yoluxuculuğuna rəğmən, onun ölüm göstəriciləri və hospitalizasiya baxımından yüksək təhlükəli olması barədə məlumatlar yoxdur.

 

Şənbə günü Böyük Britaniyanın baş naziri Boris Conson London və cənub-şərq rayonlarında yeni məhdudiyyətlərin, ümumilikdə götürdükdə lokdaunun tətbiq olunması barədə qərar verib. İngiltərənin ardından Şotlandiya və Uels hökumətləri də tədbirlərin sərtləşdiriləcəyini bildirib.

 

Pandemiya başlayandan Britaniyada 2004219 adamda koronavirus təsbir olunub, 67075 COVID-19 xəstəsi dünyasını dəyişib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər