İtaliyada dekabrın 24-dən sonra bütün ölkə ərazisi “qırmızı zona“ elan edilə bilər
19.12.2020 12:57

İtaliya hökuməti Milad bayramı günlərində koronavirus pandemiyası ilə əlaqədar əlavə məhdudiyyətlərin tətbiqinə hazırlaşır.

 

Aztibb.az xəbər verir ki, dekabrın 24-dən yanvarın 6-dək İtaliyada bütün ölkə ərazisi həftə sonları və bayram günlərində “qırmızı zona“ elan ediləcək. Həmin günlərdə ticarət və ictimai-iaşə obyektləri bağlı olacaq, ölkə ərazisində səfər imkanları məhdudlaşdırılacaq. İtaliya mətbuatının yaydığı məlumata görə, hökumətin müvafiq sərəncamı bu həftənin sonunadək qəbul edilməlidir.

 

Yanvarın 6-dək iş günlərində İtaliyada bütün ölkə ərazisi “narıncı zona“ olacaq, yəni insanlara evlərindən çıxmağa icazə verilsə də, digər yaşayış məntəqələri və regionlara səfər qadağan ediləcək. İstisna hallar yalnız peşə fəaliyyəti ilə əlaqədar mümkün olacaq.

 

İtaliya hökuməti hələ dekabrın əvvəlində qəbul etdiyi qərarda 21 dekabr – 6 yanvar aralığında ölkədaxili səfərlərin məhdudlaşdırılacağını elan etmişdi. Buna görə də hesab edilir ki, bu həftəsonu üç milyon italyan həmin qərar qüvvəyə minməzdən öncə bayramı birlikdə qeyd etmək üçün digər regionlarda yaşayan qohumlarının yanına səfər edəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər