Hindistanda koronavirusa yoluxanların sayı 10 milyonu keçdi
19.12.2020 12:27

Hindistanda aşkar olunan koronavirusa yoluxma hallarının ümumi sayı son gündə 25 152 nəfər artaraq 10 004 599-a çatıb.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi rəsmi saytında məlumat yayıb.

 

Bildirilib ki, son sutkada 347 nəfər koronavirus infeksiyası nəticəsində ölüb və ümumi COVID-19 qurbanlarının sayı 145 136 nəfərə çatıb.

 

Bununla da Hindistan koronavirusa yoluxma hallarının sayına görə 10 milyonu keçən ikinci ölkə olub. Bundan əvvəl yalnız ABŞ-da belə yüksək yoluxma sayı qeydə alınıb: Cons Hopkins Universitetinin məlumatına görə, hazırda bu say 17 459 296-dır. Eyni zamanda Hindistan koronavirusdan ölüm sayına görə dünyada yalnız ABŞ və Braziliyadan geri qalaraq üçüncü yerdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər