“Çin təcrübəsi maskaların nə qədər effektli olduğunu göstərdi”
19.12.2020 10:05

“Çinin təcrübəsi göstərir ki, maska taxmaq, əl gigiyenası və sosial məsafə COVID-19-un yayılmasının qarşısını almaq üçün təsirli metodlardandır”.

 

Aztibb.az xəbər verir ki, bunu Çin Dövlət Səhiyyə Komitəsinin xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Tsuy Qan keçirdiyi brifinq zamanı qeyd edib.

 

"İndi peyvəndin, ilk növbədə risk altındakı əhalinin yalnız bir hissəsinə veriləcəyinə baxmayaraq, qalanlarının narahat olmağına ehtiyac yoxdur. Bizdə epidemiyanın qarşısını almaq üçün bir çox təsirli metod var, məsələn, ictimai yerlərdə maskalar taxmaq, sosial məsafəni qorumaq və əl gigiyenası.

 

Epidemiyanın qarşısının alınması istiqamətində bütün bu üsulların çox təsirli olduğu sübut olunub, buna görə hər kəsin fərdi qoruyucu tədbirlər görməsi lazımdır",- deyə Tsuy Qan qeyd edib.

 

Çinin Dövlət Səhiyyə Komitəsi şənbə günü riskə məruz qalan əhalinin peyvənd edilməsi üçün işə başladığını bildirib. Bununla belə, neçə nəfərin, hansı vaxtda və hansı vaksinlə peyvəndlənəcəyi açıqlanmayıb.

 

Qeyd edək ki, bütün dünyaya Çindən yayılmağa başlayan koronavirus həmin ölkənin özündə demək olar ki, bitmək üzrədir. Belə ki, son sutka ərzində Çində cəmi 17 nəfərdə koronavirus aşkarlanıb, ölən isə olmayıb. Ölkədə 307 aktiv koronavirus xəstəsi var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər