Makron koronavirusa Aİ-nin sammitində yoluxub? - İddia
18.12.2020 10:42

Fransa Prezidenti Emmanuel Makronun koronavirusa keçən həftə Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Sammitində yoluxduğu iddia edilib.

 

Fransanın səhiyyə naziri Olivier Veran “France 5” kanalına açıqlamasında Prezidentin Yelisey Sarayında təşkil edilən yeməkdə yoluxmadığını söyləyib.

 

Veran ehtimal edir ki, Makron 10-11 dekabr tarixlərində iştirak etdiyi Liderlər Sammitində COVID-19-a yoluxub. Nazir Makronun sammit zamanı nahar üçün böyük bir salona getdiyini bildirib.

 

Fransanın “Mediapart” portalı isə Makronun tez-tez karantin qaydalarını pozduğunu bildirib. Belə ki, Makronun Baş nazir Jan Kasteks və Milli Məclisdəki siyasi partiyaların millət vəkilləri ilə Yelisey Sarayında görüşdüyü yeməkdə 10 nəfərin olduğu qeyd edilib.

 

Məqalədə Prezidentin qaydanı pozaraq 6 nəfərdən artıq insanla bir araya gəldiyi vurğulanıb. 

 

Yelisey Sarayı tərəfindən verilən məlumata görə, Makron əvvəlcə xəstələnib, simptomlar göründükdən sonra test vermək qərarına gəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər