Meksika COVID-19-dan stasionar müalicə alan xəstələrin sayına görə antirekorda imza atıb
18.12.2020 10:18

Milad bayramı ərəfəsində Amerika qitəsinin ən sıx və iqtisadi cəhətdən aktiv şəhərlərindən biri olan Mexiko xəstəxanalardakı koronavirusa yoluxanların sayına görə, növbəti dəfə acınacaqlı antirekordla fərqlənib.

 

Bu həftə Meksikanın paytaxtında xəstəxanalardakı koronavirusa yoluxanların sayı ən yüksək həddə - 4 min 598-ə çatıb. Lakin buna baxmayaraq, hökumət məhdudiyyətləri sərtləşdirməyib.

 

Paytaxt meri Klaudiya Şeynbaumun iqtisadi cəhətdən zərər çəkmiş Mexiko üçün son həftələrdə tətbiq etdiyi müvafiq yumşaldıcı tədbirlər nəticəsində yoluxanların sayı bir qədər azalıb. Merin qərarı ilə istirahət günləri üçün şəhərdə “quru qanun” qüvvəyə minib, ikinci dərəcəli mağazaların, küçə ticarətinin, köşklərin fəaliyyətləri dayandırılıb, hərəkət sıxlığı olan yollara giriş məhdudlaşdırılıb, kütləvi tədbirlər, məsələn, adətən milyondan çox insanın iştirak etdiyi Müqəddəs Guadalupe bazilikasına ziyarət ləğv edilib. İzləmə tədbirləri, QR kodları vasitəsilə aktiv xəstələrin mümkün əlaqələrinin təyin edilməsi istiqamətində görülən tədbirlər gücləndirilib. Gündəlik 20 min testin keçirilməsinə nail olmaq məqsədilə pulsuz testlərin sayı artırılıb.

 

Son iki həftədə sutka ərzində yoluxan insanların sayı orta hesabla 1200 nəfərdən 5000 nəfərədək çoxalıb.

 

Meksikanın səhiyyə sektorunun nümayəndələri vəziyyətin daha ağır olacağını proqnozlaşdırır. Onların gəldiyi qənaətə görə, tibbi resursların tükənməsi və çatışmazlığı 2021-ci ilin yanvarında paytaxtın səhiyyə sisteminin tamamilə çökməsinə səbəb ola bilər.

 

Meksika Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 milyon 267 min 202 nəfər, ölənlərin sayı isə, 115 min 99 nəfər təşkil edir. Qeyd edək ki, hazırda Meksikada gündəlik yoluxma hallarının sayı 11 min 228 nəfərə çatır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər