Adi suyun inanılmaz müalicəvi XÜSUSİYYƏTLƏRİ - ARAŞDIRMA
18.12.2020 00:53

Mütəmadi qəbul edilən içməli su piylənmə və şəkərli diabetə səbəb olan hormonun zəifləməsinə səbəb olur.

 

Aztibb.az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ-ın Kolorado Universitetində bu barədə araşdırma aparılıb. Aparılan tədqiqat nəticələri "JCI Insight" jurnalında dərc edilib.

 

Universitetin Anschutz Tibb Kampusundan olan tədqiqatçıların Yaponiya, Meksika və Türkiyədən olan həmkarları ilə birlikdə siçanlar üzərində apardıqları təcrübələrdə fruktozanın piylənmə və diabetlə əlaqəli hormon olan vasopressinin sərbəst buraxılmasını stimullaşdırdığını və normal suyun da bu hormonun əmələ gəlməsinin qarşısını almağa kömək etdiyini aşkarlayıblar.

 

Kolorado Universitetinin Tibb fakültəsinin dosenti Dr.Miqel Lanaspa bildirib ki, vasopressinin qarşısını almağın ən yaxşı yolu su içməkdir, çünki bir çox insanın həyatını yaxşılaşdırmaq və metabolik sindromu müalicə etmək üçün ucuz və asan yoldur.

 

Kolorado Universitetinin Tibb Fakültəsinin professoru Dr. Richard Johnson da qeyd edib ki, şəkər, vazopressini qismən aktivləşdirərək metabolik sindroma səbəb olur. “Vasopressin, metabolik suyun saxlama mexanizmi kimi yağ istehsalını stimullaşdırır. Piylənmə və metabolik sindromun müalicəsində nəmləndirmə və duz azaltma potensialının rolu nəzərə alınmalıdır”.

 

Müəlliflər metabolik sindrom əlamətləri - yüksək qan təzyiqi, qan şəkəri və trigliseriddən əziyyət çəkən hər kəsə su qəbulunu artırmağı tövsiyə edirlər. Çünki, bu amillərin birləşməsi ürək xəstəlikləri, insult və 2-ci tip diabet riskini kəskin şəkildə artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza