COVID-19-a qarşı peyvəndin tapılması xəstəliklə mübarizənin sona çatması deyil
17.12.2020 17:44

Yeni növ koronavirusa qarşı peyvəndin tapılması xəstəliklə mübarizənin sona çatması deyil. Hədəf insanların 60-70 faizində xəstəliyə qarşı immunitetin yarandığını görməkdir ki, bu da ən az altı ay vaxt tələb edən prosesdir. Peyvəndin xərçəng və bu kimi bir sıra xəstəlikləri olanlar və uşaqlar üçün nə qədər etibarlı olduğunu öyrənmək üçün də vaxt lazımdır. Bu istiqamətdə klinik işlər davam etdiriləcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış elm adamlarından biri, koronavirusa qarşı peyvəndin hazırlanmasında yaxından iştirak edən Almaniyanın “BioNTech” şirkətinin qurucularından olan Özlem Türeci bildirib.

 

Təmsil etdiyi şirkət tərəfindən hazırlanan “Pfizer-Biontech” peyvəndinin hələ ki, iki ölkə tərəfindən tanındığını deyən alim bu peyvəndin yanvar ayından etibarən ictimaiyyətə təqdim ediləcəyini bildirib.

 

Hazırkı hədəflərinin xərçənglə mübarizə olduğunu deyən Ö.Türeci rəhbərlərindən olduğu şirkət tərəfindən xərçəngə qarşı iki peyvəndin hazırlandığını da deyib. Qeyd edilib ki, bu peyvəndlərin əsas məqsədi insanın immun sisteminin bədəndə xərçəng səbəbindən meydana gələn şiş və bunun kimi digər fəsadlarla mübarizə aparmağa hazırlamaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər