Estoniya öz əhalisinin koronavirus əleyhinə vaksinasiyasına hazırdır
17.12.2020 15:37

Estoniyada koronavirus əleyhinə peyvənd olunmaq istəyənlər gələn ilin ilk yarısında bu imkanı əldə edə biləcəklər.

 

Ölkə mətbuatının məlumatına görə, bu barədə məlumatı Estoniyanın Sosial İşlər Nazirliyi yayıb.

 

Bildirilib ki, COVID-19 əleyhinə təsdiqlənmiş vaksinasiya planına əsasən hazırda risk qrupuna aid edilən insanların sayı 315 min nəfər təşkil edir.

 

Nazirlikdən verilən məlumata görə, yeni ilin ilk aylarında tibb və qayğı müəssisələrində çalışanların eləcə də qayğı evlərinin sakinlərinin vaksinasiyasını həyata keçirmək mümkün olacaq.

 

“Həmçinin yaşı 70-dən yuxarı olan vətəndaşlar və müəyyən diaqnoz qoyulmuş şəxslərə vaksin vurdurmaq təklif ediləcək”, − deyə nazirliyin məlumatında qeyd edilir.

 

Məlumat verilir ki, vaksinlər portfeli Estoniyaya yanvar ayından etibarən risk qrupuna daxil olan şəxslərin vaksinasiyasının başlanılmasına imkan verdiyindən nazirlik ilin ikinci rübündə arzusunda olan hər kəsə vaksinasiya imkanı təklif etməyi real hesab edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər