Heç bir dərman preparatı COVID-19-dan qorunmağa təminat vermir
17.12.2020 14:35

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı ən vacib olanı PZR testidir, çünki birbaşa olaraq virusun olub-olmadığı aşkarlanır. Qan testi isə virusa qarşı yaranmış anticisimi aşkar edir. Həmin test xəstəliyi keçirərək artıq sağalanlarda da müsbət görünə bilər, yəni qanda həmin testin müsbət çıxmağı həmin şəxsin yoluxucu olmağının göstəricisi deyil.

COVID-19 mutasiyaya uğramış yeni virus olduğundan ona qarşı yaranan immunitetin davamlılıq müddəti hələ alimlər tərəfindən laboratoriyalarda öyrənilməkdədir və ona görə də virusa qarşı yaranmış immunitetin müddəti barədə konkret bir söz demək mümkün deyil. Bu, həm də fərdi olaraq hər kəsin orqanizmindən asılıdır. Adətən immunitetin üç ayadək davamlı olduğu deyilir, mövsümi qriplərdə də həmin hal mövcuddur.

 

Bu sözləri həkim-terapevt Günel Fətəliyeva deyib.

 

Vaksinəqədərki olan dövrdəki qorunma tədbirlər barədə danışan həkim-terapevt bildirib: “Ən vacib şərt karantin qaydalarına ciddi riayət olunmasıdır. Vaksinə qədər heç bir dərman preparatı infeksiyadan qorunmağa təminat verə bilməz. Maskadan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara, xüsusən əllərin gigiyenasına əməl etmək lazımdır. Ağız və burunun selikli qişası vasitəsilə də yoluxmaq mümkündür, bəzən əlcəkdən istifadə edilməsi bəzən çaşdırıcı ola bilər, çünki əlcəyə toxunandan sonra əlləri gözə, buruna toxundurmaq olar. Ona görə də ən yaxşısı əllərin isti su ilə tez-tez yuyulması, antiseptik gel və vasitələrlə dezinfeksiya edilməsidir.

 

Tək COVID-19-a deyil, bütün infeksiyalara qarşı immuniteti möhkəmləndirmək üçün ilk növbədə sağlam həyat tərzi sürmək lazımdır. Buraya sağlam qidalanma, fiziki aktivlik, gün ərzində 30-40 dəqiqə sürətli yeriş, hər gün çoxlu su və maye qəbul etmək, düzgün yuxu rejimi aiddir. Gün ərzində çəkidən asılı olaraq təxminən 2 litr su içilməlidir, onun azlığı orqanizmin demək olar ki, bütün sistemlərinə zərərli təsir göstərir. Xəstəliyin ilk əlamətləri özünü göstərməyə başlayanda su qəbulunu daha çox artırmaq lazımdır, çünki təmiz su toksinlərin bədəndən xaric olmasına kömək edir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər