"Hazırda əksər xəstələr həm virusla, həm də antibiotiklə, lazımsız sistemlərlə mübarizə aparır" - Həkimdən xəbərdarlıq
17.12.2020 09:58

Əgər xəstədə koronavirus xəstəliyinin gedişatına əlavə olaraq bakteriya qoşulubsa, antibiotik istifadə edilməlidir. Lakin bakterial infeksiya yoxdursa, antibiotik müalicəyə kömək etmir, bu, əksinə, orqanizmə ciddi zərər verə bilər.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev deyib.

 

Onun sözlərinə görə, xəstəyə antibiotikin lazım olub-olmadığı müvafiq qan, yaxma və bəlğəm analizləri ilə təyin edilir. Bunlar olmazsa, yalnız ixtisaslaşmış həkim COVID-19-un müalicəsi üçün antibiotikin lazım olub-olmadığını müəyyən edərək onu xəstəyə təyin edə bilər.

 

Həkim qeyd edib ki, yanaşı xəstəliyi olmayan yüngül COVID-19 xəstələrinə sistem köçürmək lazım deyil, çünki bu xəstələr maye içə bilirlər:

 

"Hazırda əksər xəstələrin orqanizmi özlərinin və savadsız həkimlərin səhvləri ucbatından həm virusla, həm antibiotiklə, həm hormonal preparatlarla, həm hipervitaminozla, həm də lazımsız sistemlərlə mübarizə aparır! Lazımsız yerə orqanizmi bu qədər yükləyib məhv etməyin! Antibiotiklər çox ağır dərman preparatlarıdır! Deksametazon isə çox güclü hormonal preparatdır! Təəssüf ki, lazım olmadığı halda bu preparatlardan istifadə edib öz xəstəliyini ağırlaşdıran, hətta həyatını itirən çox insanlar var. Göstəriş olmadan bu dərmanları hər hansı formada qəbul etmək çox ciddi fəsadlara gətirib çıxarır! Özünüzü məhv etməyin!

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər