"Sinovac" şirkəti Braziliyaya COVID-19-a qarşı peyvəndin növbəti partiyasını yola salır  
16.12.2020 19:14

Çinin "Sinovac Biotech" şirkəti Braziliyaya COVID-19-a qarşı peyvəndin növbəti partiyasını yola salır.

 

Aztibb.az şirkətin açıqlamasına istinadla xəbər verir ki, yeni növ koronavirusa ümumi yoluxanların sayına görə dünyada üçüncü yerdə olan Braziliyaya ikinci partiya da - təxminən 1,91 milyon doza "CoronaVac" peyvəndi göndəriləcək. Birinci partiyada 600 litr peyvənd göndərilib ki, bu da təxminən 1 milyon doza deməkdir. Ondan əvvəl isə tədqiqat məqsədilə 120 min doza peyvənd də təqdim olunmuşdu. Braziliyada "Sinovac Biotech" şirkətinin COVID-19-a qarşı peyvəndinin 3-cü mərhələ kliniki sınaqları iyul ayından aparılır.

 

"Sinovac Biotech" ölkədaxili istifadə ilə yanaşı, hazırda İndoneziya və Türkiyəyə çatdırılmaq üçün peyvənd hazırlayır. Şirkət ildə 600 milyon doza "CoronaVac" peyvəndi istehsal etmək gücündədir.

 

Qeyd edək ki, "Sinovac Biotech" şirkətinin istehsalı olan "CoronaVac" Çində COVID-19-a qarşı hazırlanan 14 peyvənddən 3-cü kliniki mərhələdə sınaqları aparılan 3 vaksindən biridir. "CoronaVac" təsirsiz hala gətirilmiş (inaktivləşmiş) peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Bu vaksinin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. İlkin nəticələrə görə, 95-97 faiz effektivliyə malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər