COVID-19 peyvəndi dünya əhalisinin 25%-i üçün əlçatan olmaya bilər
16.12.2020 15:29

Dünya sakinlərinin, təxminən, 25%-i, böyük ehtimalla, 2022-ci ildən əvvəl koronavirus peyvəndi əldə edə bilməyəcək.

 

Bu barədə “Reuters” agentliyi ABŞ-ın Cons Hopkins Universitetindən olan alimlərin bilgilərinə istinadən məlumat yayıb.

 

“COVID-19 peyvəndlərinə qlobal çıxış ilə bağlı qeyri-müəyyənlik yalnız onların klinik sınaqlarının hələ də davam etməsi ilə yox, həm də hökumətlərin və peyvənd istehsalçılarının tədarük barədə razılaşmalar çərçivəsində daha şəffaf və hesabatlı olmamaları ilə əlaqədardır”, - araşdırmada deyilir.

 

Alimlərin fikrincə, bu gün müvafiq maliyyə imkanlarına malik ölkələr pandemiyaya qarşı mübarizədə ən perspektivli hesab olunan peyvənd dozalarının 51%-ni artıq sifariş edib. O cümlədən yoluxma hallarının dünya göstəricisinin 1%-dən də az olduğu Avstraliya, Kanada və Yaponiya hökumətləri 1 milyarddan çox dozada peyvənd sifariş edib. Beləliklə, dünya əhalisinin 85%-nin yaşadığı daha zəif maliyyə qaynaqları olan ölkələr peyvəndlərin yerdə qalan hissəsini öz aralarında bölüşdürmək məcburiyyətində qalacaqlar.

 

Nəticədə aparıcı əczaçılıq şirkətləri planlaşdırılmış istehsal gücünə çatmağı bacarsalar da, dünya əhalisinin, təxminən, 25%-i 2022-ci ilin əvvəlinə qədər peyvənd əldə edə bilməyəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər