İlin sonuna qədər COVID-19 üçün 2 milyard doza vaksin əldə etmək nəzərdə tutulur
15.12.2020 17:15

Ümumdünya Səhiyyə Təşkilatı 2021-ci ilin sonuna qədər COVID-19 üçün 2 milyard doza peyvənd əldə etməyi planlaşdırır.

 

Bu barədə ÜST-ün Baş direktorunun baş məsləhətçisi Bryus Eylvord açıqlama verib.

 

“Hazırda 2021-ci ilin sonuna qədər 2 milyard peyvənd əldə etməyə çalışırıq. Mümkündür ki, bu rəqəm daha çox olsun və ümid edirik ki, bu, daha tez baş verəcək”,- deyə Eylvord qeyd edib.

 

Onun sözlərinə görə, hansı peyvəndin ən təhlükəsiz və təsirli olacağı hələ ki, məlum deyil. Ancaq bu gün peyvəndlərin üç fərqli bazada istehsal edilməsi, sayının əvvəl planlaşdırıldığından çox ola biləcəyini göstərir.

 

“Tunelin sonunda bir işıq var. Peyvəndlərdən istifadə edərək COVID-19-a qarşı qoruyucu toxunulmazlıq yarada bilərik. Ən əsası isə bunu üç fərqli platformada inkişaf etdirilən peyvəndlərlə edə bilərik. Bu, gözlədiyimizdən daha çox məhsul əldə edə biləcəyimiz deməkdir. Ancaq bu, uzun bir prosesdir”,- deyə Eylvord sözlərinə əlavə edib.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər