Koronavirusla mübarizədə ən asan yol vaksinasiyadır - Ramin Bayramlı
15.12.2020 15:22

Vaksinlər sayəsində dünyada 10-larla təhlükəli xəstəliklərin qarşısı alınıb. Əgər bu vaksinlər olmasaydı dünyamız daha təhlükəli olardı. Təəssüflər olsun ki, biz yeni koronavirus pandemiyası ilə üz-üzə qalmışıq.

 

Aztibb.az-ın məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

 

R.Bayramlı bildirib ki, koronavirus bizim orqanizmimizə yaddır: “Koronavirus ağ ciyərdən orqanizmə daxil olur və bədənə yayılır. COVID-19 xəstəliyi pandemiyadır və virusa qarşı effektiv dərman vasitəsinin tapılması uzun bir yoldur. Sərt karantin rejimi də iqtisadi baxımdan ağır prosesdir. Hazırda ən asan yol vaksinasiyadır”.

 

R.Bayramlı bildirib ki, bəzən bir xəstəni xilas etmək üçün 5-6 həkim öz həyatını təhlükəyə atır: “Xəstəliyin 2-ci dalğası ilə çətin vəziyyət yaşayırıq. Gündəlik yoluxmaların sayı xeyli artıb, lakin hələ ki biz bunun öhdəsindən gələ bilirik, ancaq səhiyyə sistemi limitsiz deyil. Ona görə də, vaksinasiya prosesinin tətbiq edilməsinə çalışırıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər