Britaniyada koronavirusun yeni ştammı aşkar edilib
15.12.2020 15:07

Britaniya həkimləri koronavirusun insandan insana daha sürətlə keçə bilən yeni variantını aşkar ediblər.

 

BBC xəbər verir ki, Səhiyyə naziri Mett Henkok bu məlumatı parlamentdə çıxışında bəyan edib.

 

Nazirin sözlərinə görə, Britaniyanın 60 rayonundakı xəstəxanalarda koronavirusun bu yeni ştammına yoluxma halları qeydə alınıb. O, bildirib ki, hazırda yeni ştamm Solsberi yaxınlığında yerləşən Porton-Daun hərbi laboratoriyasında araşdırılır. Mett Henkok daha sonra əlavə edib ki, yeni ştamm haqqında artıq Ümumdünya Səhiyyə Təşkilatına məlumat verilib.

 

Henkokun sözlərinə görə, ekspertlər hesab edirlər ki, koronavirusa qarşı perspektivli vaksinlər yeni ştamma da təsir edəcək: “Biz, əsasən İngiltərənin cənubunda koronavirusun bu variantına yoluxma ilə bağlı minə yaxın hadisəni müəyyən etmişik”.

 

Virusun yeni ştammının belə geniş yayılması onunla izah olunur ki, o insandan insana daha sürətlə keçə bilir. Ancaq ekspertlər hələ bunu qəti deyə bilmirlər. Nazirin sözlərinə görə, yeni ştamma yoluxmuş insanlarda xəstəliyin daha ağır keçəcəyini deməyə də hələlik əsas yoxdur.

 

Nazir deyib: “Bu ölümcül xəstəliyi nəzarət altında saxlamaq üçün, səbəblərdən asılı olmayaraq, biz tezliklə qəti tədbirlər görməliyik”.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər