Daha bir koronavirus xəstəsi yaşayış yerini tərk etdi - Cinayət işi açıldı
15.12.2020 14:35

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi olan qadın barəsində cinayət işi açılıb. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsinə testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş şəhər sakini, Qasımova Məleykə Hasanbek qızı yaşadığı A.Abdullayev küçəsi, 81 ünvanını özbaşına tərk edərək aptek və şəhər bazarında olub. Bu zaman adıçəkilən şəxs epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub. Toplanılan materiallar əsasında M.Qasımova barəsində cinayət məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi açılıb. 

 

Digər tədbirlər çərçivəsində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul rayon mərkəzi xəstəxanasının həkim briqadası ilə birgə reydlər zamanı COVID-19 virusuna yoluxan Hacıqabul rayon Kolanı kənd sakini, 1979-cu il təvəllüdlü İsmaylov Əli Nədirağa oğlu yaşadığı ünvanda aşkar edilməyib. Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul rayon mərkəzi xəstəxanasının həkim briqadası yaşadığı ünvanı tərk edən həmin şəxsi tibbi prosedurlar gözlənilməklə evlərinə qaytarıb və onunla profilaktik söhbət aparılıb.

 

Həmin şəxs barəsində Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər