1 ailənin 4 üzvü COVID-19-un qurbanı oldu
15.12.2020 14:24

10 günə atası, anası, xalası və özü COVID-19-dan vəfat etdi.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 44 gün öncə ailə həyatı quran 43 yaşlı Rəşad Rəhimli dekabrın 14-də müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Onun ailəsindən öncə xalası Adilə Kərimova koronavirusa yoluxub. Bir neçə gün sonra isə anası Aidə, atası Famil də virusa yoluxub. Dekabrın 5-də Adilə Kərimova, onun üç mərasimi günü, dekabrın 8-də Rəşadın anası Aidə, dekabrın 12-də isə atası Famil müalicə olunduqları xəstəxanada vəfat ediblər. Adilə Kərimovanın həyat yoldaşı və digər bacısı da virusa yoluxub, onların müalicəsi davam edir.

 

Yaxınlarının sözlərinə görə, virusa ilk yoluxan Adilə Kərimova Nərimanov rayonunda yaşayıb. Rəşad və ailəsi isə Əhmədli qəsəbəsinin sakinləri olublar. Onlar yoluxmadan 10 gün əvvəl ünsiyyətləri olmayıb. Buna görə də ayrı-ayrı yerlərdə yoluxduqları ehtimal edilir.

 

Təxminən bir həftə əvvəl xəstəxanaya yerləşdirilən Rəşad da dekabrın 14-də vəfat edib. Onunla yenicə ailə həyatı quran yoldaşı da koronavirusa yoluxsa da, ev şəraitində müalicə olunaraq sağalıb.

 

Rəşad Rəhimli ərəb  və ingilis dilindən kitablar tərcümə edib. Atası Famil Rəhimov isə Dəmir Yol İdarəsinin əməkdaşı olub, bir neçə ay əvvəl təqaüdə çıxıb.

 

Rəhimovlar ailəsindən indi yalnız Rəşadın qardaşı qalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər