Evdə müalicə alan koronavirus xəstələrinin ən çox etdiyi SƏHVLƏR
15.12.2020 14:04

Koronavirus xəstələrinin sayı günbəgün artdıqca, evdə müalicə alan xəstələrin də sayı çoxalır. Bu xəstəlik hər insanda özünü bir cür göstərir, belə ki, bəzilərində yüngül, simptomsuz, bəzilərində orta və ya ağır keçir. Ona görə də, xəstəliyi yüngül keçirən insanların çoxuna evdə təcrid olunaraq müalicə almaq tövsiyə olunur. Bəs evdə müalicə alan koronavirus xəstələri hansı qaydalara riayət etməlidirlər ki, vəziyyətləri kəskinləşməsin?

 

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Tamilla Əliyeva “Evdə müalicə alan koronavirus xəstələri nəyə diqqət etməlidirlər?” sualını cavablandırıb.

Həkim bildirib ki, ilk növbədə, koronavirus testi müsbət çıxmış şəxs həkim müayinəsindən sonra evdə müalicə olunacaqsa, həkimin göstərişi ilə təyin edilən dərmanların qəbul edilməsi xəstəyə izah edilir. Ev şəraitində müalicə alan xəstələr sahə həkiminin tövsiyələrinə dəqiq əməl etməlidirlər. COVID-19 xəstəsi digər ailə üzvlərindən təcrid olunur. Xəstənin hər gün qızdırması ölçülür, vəziyyəti haqqında qeydlər sahə həkiminə çatdırılır:

"Bəzi hallarda evdə müalicə alan xəstələr lazım oldu-olmadı, müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Onlar düşünürlər ki, evdə müalicə zamanı özünümüalicə ilə məşğul olmalıdırlar. Həkim təyin etmədən hər hansı dərmanın qəbul edilməsi yolverilməzdir. Bəzən bu yanlış müalicə ağır fəsadlara səbəb olur. Ona görə də, mütləq həkim nəzarətində müalicə almaq vacib şərtlərdən biridir.

Bir həkim kimi evdə müalicə olunan xəstələrə qidalanma barədə də tövsiyələrimi vermək istərdim. Qızardılmış, duzlu yeməklərdən uzaq olmaq, çoxlu maye, mürəbbəli, limonlu çaylar, duru xörəklər qəbul etmək və tərkibində çoxlu vitaminlər olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır.

Otağın havasını tez-tez dəyişin, təmiz hava ilə nəfəs alın. Nəfəs darlığı hiss etdikdə mütləq sahə həkiminizə deyin. Ən başlıcası isə, evdən çıxmayın ki, ətrafda olan daha çox insanı yoluxdurmayasınız. İnsanlar bu xəstəliyi müxtəlif cür keçirirlər. Buna görə həkim tərəfindən təyin edilmiş müalicəni dəqiqliklə edilməsi olduqca vacibdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər