Peyvəndlərin qoruyuculuğu 70 faizdir - Həkim-pulmonoloq
15.12.2020 13:11

“Heç kim fikirləşməsin ki, yoluxub sağalıb, təkrar yoluxa bilməz. Bu, belə deyil. Bizdə elə xəstələr var ki, ilk dəfə koronavirusa yoluxanda yüngül keçiriblər, ikinci dəfə də yoluxub çox ağır formada, təəffüs çatışmazlığı ilə keçirirlər”. 

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-pulmonoloq Mahal Ələkbərov AZTV-də “Gün başladı” proqramında bildirib. 

 

O, qeyd edib ki, xəstələrdə yoluxmanın 28-ci günündən qoruma anticisim yaranır. Lakin həmin anticismin nə qədər qoruyacağını heç kim bilmir: “Bu təxminən 1-2 ay qoruya bilər, ondan çox qoruya bilmir. Ona görə də özümüzü riskə atmamalıyıq, qorumalıyıq. Son vaxtlar peyvəndlərlə bağlı danışılır, lakin bilməliyik ki, bu peyvəndlərin qoruyuculuğu 50-70 faizdir. Bu o deməkdir ki, yenə yoluxma ola bilər”.

 

Həkim, həmçinin əlavə edib ki, əksər hallarda xəstəxanaya müraciət edən xəstələrdə tənəffüs çatışmazlığı olur: “Qanda oksigenin miqdarı düşür, xəstənin saturasiyası da azalır, xəstə yaxınları panikaya düşərək  xəstəxanaya müraciət edirlər. Bəzən yüngül keçirən xəstələr də panika səbəbindən xəstəxanada yatmaq istəyirlər. Amma indi xəstəxanalarımızda doluluq səviyyəsi çox yüksəkdir. Orta ağır və ağır xəstələri qəbul etmək məcburiyyətindəyik. Heç də bütün yoluxan xəstələr ağırlaşmırlar. Ümumilikdə virusa yoluxan xəstələrin 80 faizi xəstəliyi ayaqüstə keçirir”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər