Koronavirus xəstələrinin ən yoluxucu qrupu AÇIQLANDI
14.12.2020 23:15

İmmunitet sistemi zəif olan insanlar koronavirusa yoluxduqları təqdirdə uzun müddət yoluxucu qalırlar. Məsələn, xərçəng xəstəliyi olan koronavirus xəstələri iki aya qədər yoluxucu ola bilər.

 

Aztibb.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə tədqiqatçıların “New England Journal of Medicine”də dərc olunan açıq məktubunda bildirilir.

 

Bu nəticəyə gəlmək üçün mütəxəssislər canlı virusun xərçəng xəstələrindən təcrid olunmasını araşdırıblar. Məlum olub ki, müalicə prosedurlarından sonra zəif toxunulmazlığı olan xəstələr ən azı 2 ay müddətində canlı SARS-CoV-2 yoluxdurucusu ola bilərlər.

 

Eyni zamanda, Amerika Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin COVID-19-la bağlı hazırkı tövsiyələrinə görə, COVID-19 xəstələri 10 gün ərzində yoluxur. Bu səbəbdən tədqiqatçılar, zəif immunitet sistemi olan xəstələrə dair normaları yenidən nəzərdən keçirməyi məsləhət görürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər