ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiya başlayıb
14.12.2020 22:47

Dekabrın 14-də ABŞ-da koronavirus əleyhinə kütləvi vaksinasiya kampaniyası başlayıb.

 

Aztibb.az Amerika KİV-lərinə istinadla xəbər verir ki, həkimlər vaksinasiyada ABŞ-ın Qida Məhsullarının və Tibbi Preparatların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin təsdiq etdiyi “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları peyvənddən istifadə edirlər. Klinik sınaqlar xaricində ilk vaksinasiya edilən şəxs Nyu-York ştatının tibb işçisi olub.

 

ABŞ-da preparatın paylanmasına məsul olan general Qustav Perna bütün ölkə ərazisində xüsusi avadanlıqlarla təchiz olunmuş mərkəzlərə 3 milyon vaksin dozası çatdırılacağını bildirib. Bu ərəfədə “Pfizer” kompaniyasının Miçiqan ştatının Kalamazu şəhərində yerləşən istehsalat obyektindən ölkənin müxtəlif bölgələrinə vaksinlə dolu yük maşınları göndərilib.

 

Prezident Donald Tramp “Twitter” sosial şəbəkəsində yerləşdirilən videomüraciətində ABŞ-da klinik sınaqlardan kənar ilk vaksinasiyanın yaxın zamanlarda baş tutacağını bildirmişdi. Onun sözlərinə görə, hər bir ştatda, ilk növbədə, kimin vaksinasiya olunacağı barədə qərarı qubernatorlar verəcək.

 

ABŞ Böyük Britaniya və Kanadadan sonra “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları preparatın kütləvi vaksinasiyasına icazə verən üçüncü ölkə olub. Həmin peyvəndin klinik sınaqların üçüncü – final mərhələsində 95 faizlik effektivlik göstərdiyi bildirilir.

 

“Pfizer” ilk etapda ABŞ-a 6.4 milyon vaksin dozası çatdıracaq. Peyvənd 21 gün ara ilə vurulacaq iki dozadan ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər