Peyvənddən sonra immunitet nə vaxt yaranır? - ABŞ-ın baş infeksionistindən açıqlama
14.12.2020 17:22

Dünyanın bəzi ölkələrində artıq əhalinin koronavirusa qarşı peyvənd olunmasına başlanıb.

 

ABŞ-ın baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN kanalının təşkil etdiyi müzakirə zamanı deyib ki, hazırda verilən əsas suallardan biri peyvənd olunan adamda virus əleyhinə immunitetin neçə günə yaranması ilə bağlıdır.

 

Aztibb.az xəbər verir ki, Entoni Fauçi suala "Moderna" və "Pfizer"/"BioNTech" vaksinlərinin timsalında cavab verib.

 

Koronavirusa qarşı istər sınaqdan keçirilən, istərsə də tətbiqinə başlanan peyvəndlər sırasında ən uğurluları sayılan bu vaksinlərdən birincisini ABŞ-ın "Moderna" şirkəti istehsal edib, ikincisini isə ABŞ-ın "Pfizer" şirkəti ilə Almaniyanın "BioNTech" şirkəti birgə hazırlayıb.

 

Entoni Fauçi deyib ki, virusa qarşı tam immunitet vaksinin ikinci dozasını qəbul edəndən bir həftə-on gün sonra yaranır: "Haqqında danışdığımız hər iki vaksin - həm "Moderna", həm də "Pfizer"/"BioNTech" vaksini praym-bust strategiyasına əsaslanır, yəni birinci dozadan üç-dörd həftə sonra ikinci doza vurulur".

 

ABŞ-ın baş infeksionistinin sözlərinə görə, birinci doza vurulandan sonra insanda immunitet yaranır, ancaq bu, optimal variant deyil. Ona görə üç-dörd həftə sonra ikinci doza da vurulur və təxminən yeddi-on günə insanda optimal immunitet yaranır.

 

Entoni Fauçi qeyd edib ki, vaksinin təmin etdiyi müdafiə nə vaxtsa COVID-19 infeksiyasına yoluxmuş şəxsdə əmələ gələn immunitet qədər güclü olur: "Vaksinə nəzər salsaq görərik ki, neytrallaşdırıcı anticisimlərin səviyyəsi və keyfiyyəti faktiki olaraq yoluxmuş və immun reaksiyası formalaşdırmış şəxslərin qan plazmasına bərabər, hətta ondan daha yaxşıdır. Bu, infeksiyaya qarşı təbii reaksiya qədər effektivdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər