Uşaqlar maska taxmalıdırmı? - Hande Harmancı açıqladı
14.12.2020 17:04

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı pandemiya şəraitində uşaqların tibbi maskadan istifadəsinin zəruri olub-olmadığı ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Aztibb.az xəbər verir ki, H.Harmancı açıqlamasında bildirib ki, ÜST tərəfindən bir araya gətirilən beynəlxalq ekspert qrupu uşaqlarda COVID-19 xəstəliyi və yoluxması ilə bağlı dəlilləri, uşaqların maskadan istifadəsinə dair məhdud sübutları nəzərdən keçirib. Uşaqların psixososial ehtiyacları və inkişaf mərhələləri kimi amillərə əsasən ÜST və UNICEF tövsiyə edir ki, 5 yaşa qədər uşaqlardan maskadan istifadə etmək tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə və ümumi marağına, eləcə də minimum yardımla maskadan istifadə etmə qabiliyyətinə əsasən verilən qərardır.

 

H.Harmancı əlavə edib ki, ÜST və UNICEF 6-11 yaş arası uşaqlar üçün maskadan istifadə qərarının bir sıra amillərə əsaslanmasını tövsiyə edir.

 

Həmin amilləri sadalayan ÜST rəsmisi qeyd edib ki, bunlar uşağın yaşadığı ərazidə virusun geniş yayılıb-yayılmaması, uşağın təhlükəsiz və düzgün şəkildə maskadan istifadə etmə qabiliyyəti, maskalara əlçatanlıq, habelə müəyyən yerlərdə maskaların yuyulması və dəyişdirilməsi (məktəblər və uşaq baxımı xidmətləri kimi), maska taxmaq, çıxarmaq və təhlükəsiz istifadə etmək üçün uşağa yetişkin tərəfindən nəzarət və təlimat, müəllimlər, valideynlər/baxıcılar və/və ya tibb işçiləri ilə məsləhətləşərək maska taxmağın öyrənmə və psixososial inkişafa potensial təsirini müəyyənləşdirmə, uşağın ciddi xəstəliklərə tutulma riski yüksək olan yaşlılar və yanaşı xəstəliyi olan şəxslərlə ünsiyyəti və düşdüyü şəraitdir.

 

H.Harmancı ÜST-ün əhaliyə həmişə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi tövsiyə etdiyini də vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər