Evdə aparılan antibiotik müalicələri ilə bağlı mütəxəssisdən XƏBƏRDARLIQ
14.12.2020 16:30

“Evdə antibiotiklərlə, “deksametazon”la, “sistem”lərlə müalicə olunduğunu sanaraq 7-10-cu günündə xəstəxanaya düşənlər ağırlaşmış xəstələr olur və onlara kömək etmək birmənalı mümkün olmur!”

 

Bunu həkim-terapevt, TƏBİB-in Stasionar xidmətin təşkili şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva açıqlayıb.

 

Mütəxəssis bildirib ki, əksər xəstələr - COVID-19 infeksiyasının əlamətləri yaranan pasiyentlərin 80 faizi hospitalizə olunmadan sağalırlar: “Təxminən 15 faiz pasiyentlərdə xəstəliyin oksigenoterapiyaya ehtiyacı olan ciddi formaları, 5 faiz hallarda isə intensiv terapiya şöbəsində müalicə tələb edən daha ağır forması yaranır”.

 

Onun sözlərinə görə, koronavirus infeksiyasına yoluxanlarda iybilmə qabiliyyətinin itirilməsi xəstəliyin gedişatının ağırlığını bəlli edən bir əlamət kimi qəbul edilir və bu xəstələr xəstəliyi adətən yüngül keçirirlər.

 

Günbəgün davam edən və dərinləşən koronavirus əlamətləri barədə danışan həkim bunları qeyd edib:

 

1-3-cü gün - qripəbənzər əlamətlər, yüngül temperatur, boğaz ağrısı, immunitet zəifdirsə ürəkbulanma və qusma;

4-cü gün - iştahasızlıq, baş ağrısı, ishal başlaya bilir;

5-ci gün - boğaz, baş və əzələ ağrıları şiddətlənir;

6-сı gün - öskürək başlayır (xəstəlik başdan tək-tək quru öskürəklə də başlaya bilər), ürəkbulanma artır, ishal-qusma şiddətlənir, zaman-zaman nəfəsalmada çətinlik yaranır;

7-ci gün - temperatur 38C-yə yüksəlir, öskürək və bəlğəm, bədən və baş ağrıları, qusma da şiddətlənir;

8-ci gün - döş qəfəsində ağırlıq hissi yaranır, nəfəs alıb-vermə çətinləşir;

9-cu gün - bütün əlamətlər şiddətlə artır. Bu əlamətlərə sahib olan hər kəs tibbi yardım almalıdır.

 

K.Ağayeva vurğulayıb ki, xəstəliyin bəzilərində yüngül, bəzilərində ağır keçmə səbəblərindən biri də virusun qəbul olunma dozasıdır - yəni virus yüküdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər