"Uşaqların da koronavirusu ağır keçirmə ehtimalı var" 
14.12.2020 14:50
"Uşaqlarda müxtəlif viruslara qarşı vurulmuş peyvəndlər onları həmin viruslardan qoruya bilir".
 
Mərkəzi Gömrük Hospitalının pediatrı Dr.Fərəh Vahabova "ATV Qərargah" verilişində uşaqlarda koronavirus xəstəliyi və peyvəndlərin rolu barədə danışıb. 
 
Həkimin sözlərinə görə, uşaqlar anadan olduqdan sonra onlara müxtəlif xəstəliklərə qarşı peyvəndlər vurulur və ona görə də, onlar həmin xəstəlikləri yüngül keçirirlər. Peyvənd vaxtı-vaxtında olunmalıdır ki, uşaqlarda kifayət qədər immunitet yaransın:
 
"Uşaqlar da koronavirusu ağır keçirə bilər, bu səbəbdən arxayın olmamaq lazımdır. Onları maksimum qorumaq lazımdır ki, əlavə virus yükləməsi olmasın. Xəstə valideyn tez bir zamanda izolyasiya olunmalıdır, bu zaman  uşaq xəstələnsə belə onu yüngül keçirəcək. 
 
Anadangəlmə xəstəlikləri olan və ya qüsurlu dünyaya gəlmiş uşaqları da COVID-19-dan qorumaq son dərəcə vacibdir, çünki onlar üçün koronavirusun ağır fəsadları ola bilər".
 
 
 
 
 
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır