Koronavirusa yoluxmuş hamilə qadınlar necə davranmalıdır? - Həkim-ginekoloq
14.12.2020 11:22
“Koronavirusa yoluxmuş hamilə qadınlar panikaya düşməməli, həkim nəzarəti altında müalicə almalıdırlar”.
 
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Dr.Nərmin Muradova ARB24 TV-nin "İşgüzar vaxt" verilişində hamilələrdə koronavirus xəstəliyi ilə bağlı sualları cavanlandırıb. 
 
Həkim bildirib ki, koronavirus infeksiyasına yoluxan insanlar arasında hamilə qadınlar da var. Onlar adi koronavirus xəstələri kimi eyni simptomlar keçirə bilərlər. Bu xəstəliyin ağır və yüngül keçirilməsi qadının hamilə olub-olmamasından asılı deyil. Düzdür, elə dərmanlar var ki, onları hamilələrə qəbul etmək olmaz. Amma bunun da alternativ müalicə yolları mövcuddur.
 
O, hamilə qadınlarda öskürək və nəfəs çatışmazlığı, bu əlamətlərin dölə təsiri haqqında məlumat verərək qeyd edib ki, aparılan tədqiqatlar koronavirus xəstəliyinin dölə keçmədiyini sübut edib. Əlavə edib ki, koronavirus süd vasitəsilə də uşağa keçmir. Bu səbəblərdən COVID-19-a yoluxmuş hamilələrin böyük təşviş içində olmalarına səbəb yoxdur. 
 
N.Muradova COVID-19-un erkən doğuma da səbəb olmadığını söyləyib. Hamilələrə xüsusən pandemiya dövründə müəyyən tələblər çərçivəsində  təmiz havada gəzməyi, düzgün qidalanmağı tövsiyə edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər