COVID-19 əleyhinə “Pfizer” vaksininin ilk partiyası ABŞ-ın bütün ştatlarına göndərilib
14.12.2020 11:31

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin direktoru Robert Redfild COVID-19 əleyhinə “Pfizer & BioNTech” vaksininin qəbul edilməsinə bazar günü razılıq verib.

 

Aztibb.az xəbər verir ki, bazar günü artıq ilk flakonlar ştatlara göndərilib. Redfild Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin Məşvərət Komitəsinin immunizasiya praktikası üzrə tövsiyəsini qəbul edib. Tövsiyədə vaksinin 16 yaşdan yuxarı olan şəxslərə tətbiq edilməsi nəzərdə tutulur.

 

“Pfizer & BioNTech” şirkəti tərəfindən işlənib hazırlanan təxminən 184.275 flakon vaksin yüklənmiş avtomobillər “Pfizer”in Miçiqan ştatının Kalamazu şəhərindəki müəssisəsindən bazar günü yola düşüblər. Bazar ertəsi vaksin qutularının bütün 50 ştata paylanması gözlənilir.

 

Bazar günü səhər göndərilən flakonlara əlavə olaraq daha 3900 vaksin kontinental ştatların hüdudlarından kənarda yerləşən ABŞ ərazilərinə göndərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər