Koronavirus zamanı anomal gedişat: temperatur çox aşağı olur
13.12.2020 20:59

Koronavirusa yoluxanlarda əsas əlamət yüksək hərarət sayılır. Amma COVID-19 xəstələrinin bir qismində hərarət müşahidə olunmur, olunsa da tez bir zamanda hətta normal səviyyədən də aşağı olur.

 

Aztibb.az e-tibb.az-a istinadən bildirir ki, bu ölkədən olan immunoloq COVID-19-un anomal gedişatının səbəblərini açıqlayıb.

 

İmmunoloq Vladimir Bolibok koronavirus xəstəliyi zamanı insanın temperaturunun kəskin şəkildə aşağı düşdüyü anomal gedişatı izah edib. Mütəxəssis deyib ki, anomal bir gedişlə bəzi xəstələrdə bir yarım - iki həftə arasında yüksək bir temperatur olur. Bəzi xəstələrdə fərqli bir vəziyyət müşahidə olunur - insanda bir neçə gün istilik olur və sonra istilik 35 dərəcə və hətta ondan da aşağı olur. Həkimin sözlərinə görə, xəstəliyi yüngül keçirənlərdə temperatur aşağı olur. Temperaturun aşağı olmasının səbəbi isə orqanizmdə metabolizmanın tənzimlənməsində yaranan kənaraçıxmalarla bağlı ola bilər.

 

Qeyd olunub ki, bir qədər əvvəl İngiltərədən olan mütəxəssislər koronavirusun mövsümi bir xəstəliyə çevrilə biləcəyini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər