Gürcüstanda və Ermənistanda koronavirusla bağlı son vəziyyət
13.12.2020 12:38

Ötən sutka Gürcüstanda daha 2 720 nəfərə koronavirus diaqnozu qoyulub, 3 942 nəfər sağalaraq evə buraxılıb, 46 pasiyent isə vəfat edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

Hazırkı dövrədək qonşu ölkə üzrə təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 189 726 təşkil edir. Yoluxan şəxslərin 158 183-ü sağalıb, 1 790-ı isə ölüb.

 

Karantin zonalarında 1 010, stasionar nəzarətdə 6 869 nəfər saxlanılır. 3 077 nəfər isə xüsusi otellərdə müalicə olunur.

 

Ermənistanda ötən sutka ərzində daha 1013 nəfər yeni növ koronavirusa yoluxub.

 

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 148 325 nəfərə çatıb.

 

Ötən sutka ərzində daha 24 nəfər ölüb və bununla da koronaviursa yoluxma nəticəsində ölənlərin sayı 2 486 nəfərə çatıb.

 

Koronavirusa yoluxan, ancaq digər səbəblərdən isə sutka ərzində 2 nəfər ölüb. İndiyə qədər Ermənistanda koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı isə 617 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər