İkiqat Avropa çempionumuz koronavirusa yoluxdu
12.12.2020 14:02

İkiqat Avropa çempionu Rafiq Hüseynovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda iştirak etməməsinin səbəbi bəlli olub.

 

Bu barədə 32 yaşlı idmançının özü məlumat verib. Hüseynov iki həftə əvvəl koronavirusa yoluxduğu üçün yarışa gedə bilmədiyini vurğulayıb: "Müalicə olunmuşan. Hazır olmadığım üçün yarışa getmədim. İndi özümü yaxşı hiss edirəm və karantin müddətim sabah bitir, sabah da təkrar test verəcəyəm".

 

82 kq çəki dərəcəsində çıxış edən təcrübəli güləşçi təlim-məşq toplanışı vaxtı testlərin mənfi olduğunu vurğulayıb: "Hazırlıq prosesindən sonra evə qayıtdım. Özümü narahat hiss edəndə yenidən test verdim, bu dəfə isə müsbət oldu".

 

Qeyd edək ki, bu gün start götürəcək Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq. Rafiq Hüsenov 2011-ci ildə Almaniyanın Dortmund şəhərində və bu il İtaliyanın pataxtı Romada Avropa çempionu olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər