Evdə müalicə alan COVID-19 xəstəsi belə qidalanmalıdır - Duz və şirniyyatdan istifadəni azaldın
12.12.2020 12:25
"Evdə müalicə alan koronavirus xəstələri mütləq təzə qidalardan istifadə etməli, ev yeməklərinə üstünlük verməlidirlər".
 
Bu barədə "Facebook" sosial şəbəkəsində həkim-reanimatoloq Şahin Məmmədov COVID-19 xəstələrinin qidalanması ilə bağlı paylaşımında məlumat verib. Aztibb.az həkimin tövsiyələrini təqdim edir:
 
Əgər güvəndiyiniz restorandan yemək sifariş edirsinizsə, çatdırılma xidmətinin də keyfiyyətinə fikir verin. Qida 60 dərəcədən yuxarı və 5 dərəcədən aşağı temperaturda təhlükəsiz sayılır.
 
- Yeməkdə duz azaldılmalıdır. Gündəlik 5 qramdan az duz istifadə olunmalıdır. Bu xəstəlikdə ən pis qidalar duzlu qidalardır;
- Şirniyyat olmaz. Gündəlik enerjinin cəmi 5%-i şiriniyyatdan gəlməlidir. Əgər ürəyiniz şirin nəsə istəyirsə, təzə meyvə yeyin;
- Meyvələrdən banan daha çox məsləhətdir, lakin xəstədə böyrək çatışmazlığı varsa, bu qida olmaz;
- Çalışın qızartma yeməklər yeməyəsiniz, sulu yeməklərə üstünlük verin. Qırmızı və yağlı ət məsləhət deyil. Yaxşı olar ki, dərisiz toyuq ətindən hazırlanmış sup, yaxud buxarda bişmiş balıq əti olsun. Toyuq supunun qrip əleyhinə, iltihab əleyhinə təsiri vardır, onun anti-neytrofil təsiri soyuq xəstəliklərinin simptomlarını azaldır. COVID-ə qarşı təsiri, anti-neytofil olduğuna görə ikincili bakterial infeksiya riskini artırıb-artırmaması hələ öyrənilir;
- Tərəvəzi artırın, amma sizə köp verən qidaları yeməyin, tənəffüsünüz daha da çətinləşməsin;
- Çuğundur, nar şirəsi içmək tövsiyə edilir;
- Evdə fiziki aktiv olun. Otaqda olsanız belə, içəridə çoxlu gəzişməyə çalışın;
- Koffeinli, spirtli içkilər olmaz. İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki bol miqdarda içə biləsiz;
- Doşab, zoğal, moruq mürəbbəsi, kəklikotu çayı içə bilərsiniz.
 
Bu qeyd olunanlar yüngül və orta ağırlıqlı xəstələr üçündür, xəstəxanada yatan xəstələr üçün isə aşağıdakıları nəzərə alınmalıdır:
 
Xəstəxanada yatanlarda karbon qazı istehsalını çoxaldan karbohidratı azaldıb əksinə yağ qəbulunu artırmalıdırlar. Karbohidratların parçalanma məhsulu su və CO2-dir. Ağır xəstələrdə karbon qazının da ağciyərdən xaric olunması çətinləşir. Oksigenizasiyanı artırmaq üçün süni tənəffüs parametrləri karbon qazının qanda artmasına səbəb olduğunu xatırladıram. Bu fakt zondla enteral qidalanan və parenteral qidalanan xəstələrdə də nəzərə alınmalıdır.
 
Əgər ağır xəstələrdə qanda albumin miqdarı aşağı düşürsə, bədəndə çoxsaylı nahiyələrdə ödem əmələ gəlir, o cümlədən ağciyərdə ödem artır. Xəstələrə çoxlu miqdarda bahalı albumin pereparatı köçürülsə də, qanda albumin miqdarı artmır. Bu ona görə baş verir ki, ağır xəstələrdə metabolizmin istiqaməti katabolizmə doğrudur. Xəstələr çox arıqlayır, ama ətraflarda ödem artır. Zülal sintezini bu tip ağır xəstələrdə artırmasanız, verdiyiniz zülallı qidalar bir işə yaramaz. Protein tozları və anabolik steroidlərdən də istifadə etmək olar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər