COVID-19 peyvəndi kokteyli hazırlanması planlaşdırılır: İngiltərədə bir neçə peyvənd dozası qarışdırılacaq
12.12.2020 10:14

Türk alimi prof. dr. Uğur Şahinin qurucu tərəfdaşı olduğu alman biotexnologiya şirkəti "BioNTech" tərəfindən ABŞ-ın "Pfizer" dərman şirkəti ilə birlikdə hazırlanan yeni növ koronavirus (COVID-19) peyvəndi İngiltərədə ötən çərşənbə axşamı tətbiq olunmağa başlayıb.


Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, İngiltərənin Peyvənd Əməliyyat Qrupunun rəhbəri Kate Bingham Pfizer/BioNTech, Oksford və "Moderna" peyvəndlərinin fərqli birləşmələrini sınaqdan keçirməyi planlaşdırdıqlarını açıqlayıb.

 

K.Bingham peyvəndlərin bəzilərinin güclü anticisim reaksiyası yaratdığını, digərlərinin isə T hüceyrə immunitetinə səbəb olduğunu bildirib və insanların hər iki immunitetə sahib olmasının vacibliyini qeyd edib.

 

Əməliyyat Qrupunun rəhbəri bu peyvəndlərin qarışdırılması metodunun sınaqlarına gələn il başlayacaqlarını açıqlayıb. O, peyvəndləri əhatə edən klinik sınaqların iki ay davam edəcəyini və yalnız təhlükəsiz və təsirli olduğu sübut edilmiş peyvəndlərin könüllülərə tətbiq ediləcəyini vurğulayıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır