ABŞ-da koronavirus qurbanlarının sayı İkinci Dünya müharibəsinin döyüş itkilərini üstələyib
11.12.2020 21:32

Dekabrın 10-da ABŞ-da koronavirusa 217 min 779 yoluxma faktı qeydə alınıb, 2 min 974 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer"-ə istinadla xəbər verir ki, hazırda ABŞ-da koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 300 min 363 nəfərə çatıb ki, bu da ölkənin İkinci Dünya müharibəsi zamanı verdiyi döyüş itkilərindən çoxdur. Həmin müharibə 291 min 557 amerikalı hərbçi həlak olmuşdu.

 

Dekabrın 9-da ölkədə koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 3 min 263 nəfərə çataraq yeni rekord müəyyənləşdirib. Bu isə 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktı (2,9 min) və Pörl-Harbor adasına Yaponiyanın hücumu (2,4 min) nəticəsində ölənlərin sayından artıqdır.

 

İndiyədək Birləşmiş Ştatlarda koronavirusa 16 milyon 80 min 812 yoluxma halı aşkarlanıb, 9 milyon 340 min 223 nəfər bu xəstəlikdən sağalıb. Müalicəsi davam edən 6 milyon 440 min 226 xəstədən 27 min 361 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Kaliforniya ştatı koronavirusa yoluxanların sayına görə ilk pillədə qərarlaşıb - 1 milyon 486 min 597 nəfər. Texasda 1 milyon 410 min 35, Floridada 1 milyon 94 min 697, İllinoysda 823 min 531, Nyu-Yorkda isə 782 min 680 yoluxma qeydə alınıb.

 

Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdədir.

 

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər