Gecə paraddan sonra yollarda təmizlik-dezinfeksiya işləri aparılıb
11.12.2020 13:50

Ötən gün keçirilən Zəfər paradından sonra Bakı küçələri dezinfeksiya olunub.

 

Aztibb.az xəbər verir ki, bu barədə paytaxtın Kommunal xidmətlərindən bildiriblər. Qeyd olunub ki, paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir:

 

"Dünən Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyətinın təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.

 

Çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər